AzerbaijaniEnglishGermanRussianTurkish
AzerbaijaniEnglishRussianItalianFrenchArabic
Azerbaijani English Russian
parallax background

“BƏLA” – Məqalələr, pyeslər, hekayələr, lətifələr.

Tezdən Oyan (30.10.2020)
30/10/2020
Gülnarla Günorta MTV – də (22.07.2021)
22/07/2021

Ön söz


K itabda həkim-yazıçı Asif Kəngərlinin narkomaniya, alkoqolizm və tabakomaniya mövzusunda qələmə aldığı pyes və hekayələri toplanıb – bu problemlər həm bədii-sənədli, həm elmi-tibbi, həm də dini baxış bucağından çox gözəl təsvir olunur.

Müəllif hadisələri elə məharətlə muncuq kimi “sapa düzür” ki... Ona görə də yazdıqları bu qədər real, inandırıcı və təsirli alınır;

“Bəla” pyesi müasir Azərbaycan dramaturgiyasının, bəlkə də, şah əsəridir.

Əsərlərin dili şirin, axıcı, yığcam, zəngin, ifadələri el dili kimi sadə, sərrast və mənalıdır – bu keyfiyyətləri, üstəlik söz inciləri ilə bir yerə yığa bilmək yazıçıdan hünər tələb edir. Oxucu nə əlindəki kitabdan, nə də onun dərin təəssüratından ayrıla bilmir...

“Bəla”nın yeniyetmələrlə gənclərin həyatını dəyişdirə bilən, əldənələ gəzən kitabı, dostu və məsləhətçisi ola biləcəyinə inanmaq istəyirik.

MƏNDƏN SÖYLƏMƏKDİR, SİZDƏN...


 
H əyatda olduğu kimi, bu aləmdə də hər şey sadədən mürək-kəbə, azdan çoxa doğru gedir: adam əvvəlcə siqaret çəkir, sonra nəsə çəkir, axırda iynə vurur... Narkotikə tərəf gedən o bəlalı yol məhz siqaretdən başlayır. Ümumdünya Səhiyyə Təşkilatı bir araş-dırma aparıb: onlar siqaret çəkməyə başlayan gəncləri on-on ayırıb yollarını izləyiblər. Məlum olub ki, hər onluğun beşi yalnız siqaret çəkməklə kifayətlənib, ikinci beşlikdən ikisi bir-iki dəfə, ikisi beş- on dəfə, biri isə daimi nəşə çəkən xəstəyə - nəşəxora çevrilir. Hə-min xəstə isə beş-altı ildən sonra ağır narkotikə - heroinə keçir. Faciə də bundan sonra başlayır: o narkoman əvvəlcədən tanıdığı dostlarını, yoldaşlarını, qohum-qonşularını heroinə cəlb etməyə çalışır. Nəticəsi də çox acınacaqlı olur, bunu siz özünüz də təsəvvü-rünüzdə canlandıra bilərsiniz. Demək, bu günün siqaret çəkəni sabahın potensial narkomanı deməkdir. Ona görə də siqaret çəkmə-yə sadəcə siqaretçəkmə kimi yox, narkomaniyanın başlanğıcı kimi baxmaq və ona qarşı ciddi mübarizə aparmaq lazımdır!

Əvvəllər narkotikin nə olduğunu bilməyən bir gənc, deyək ki, heroin qəbul etməyə başladı. Gəlin görək, bu zaman narkotik maddə həmin gənci nələrdən məhrum edir? Mənə görə, o adam beş şeydən: əvvəla, can sağlığından, pul-paradan, yaxşı addan, sonra bu dünya¬sından və o dünyasından məhrum olur.

1. O, hər şeydən qabaq, insanın sağlamlığını əlindən alır, onu ağır xəstəliklərə düçar edir. Narkomaniya - psixosomatik xəstəlik-dir, beləsinin nə sağlam canı, nə də sağlam ruhu ola bilər.

2. Narkotik maddə bahadır, onu almaq çoxlu pul tələb edir. Daim artan bu tələbatı ödəmək üçün narkoman pula gedən nəyi varsa, satır, həmin pulu isə narkotikə sərf edir. Nəticədə, əvvəllər zəngin olan bir şəxs sonda var-yoxdan çıxır, müflisləşir və borca düşür... Narkomaniya - öz ölümünü pulla satın almaqdır.

3. Hər kəs istəyər ki, yaxşı adı olsun, “çünki yaman addan ölüm yaxşıdır”. Narkoman kim olursa-olsun, hansı ad-sana, fiziki, yaxud maddi imkanlara sahib olursa-olsun, onun adına bir damğa vurulmuş olur: “Narkoman” - o, bu ləkəli adla da yaşamaq məcbu-riyyətində qalır.

4. Narkotik maddə qəbulu insanı bu dünyanın nemətlərindən - iş, ailə, dostlar - məhrum edir. Onlar yeyib-içməkdən, gəzməkdən, əylənməkdən zövq almırlar. Xəstə baxsa da nə təbiətdəki, nə də ətrafdakı gözəllikləri görə bilmir. Narkomanın yalnız bir arzusu olur: nə olursa-olsun heroin tapmaq, iynə vurmaq! Əslində narko-man heç o maddədən də həzz ala bilmir, yalnız “ağrıya vurur”, yəni o güclü meylin qarşısında duruş gətirə bilmir, nəticədə həm “Əli aşı”ndan olur, həm də “Vəli aşı”ndan.

5. Narkotik maddə insanı o dünyanın nemətindən, yəni cən-nətdən də məhrum edir, çünki Allahın buyurduğu doğru yoldan sapıb Şeytana qulluq edən bir bəndəni Tanrı öz cənnətinə niyə qəbul etsin?

Narkotik maddə, yaxud alkoqoldan sui-istifadə etmək insanın sanki qibləgahını dəyişdirir, o, Kəbəyə deyil, artıq Şeytana səcdə qılır, bütün çirkinliklər də elə buradan qaynaqlanır. Əgər “içki bütün çirkinliklərin anası”dırsa, onda “narkotik də onun atası”dır. Mən Yer üzündə ikinci elə bir şey tanımıram ki, narkotik maddə qədər adamı hər şeydən belə total şəkildə məhrum edə bilsin.

Vaxtilə sağlam olan bir gəncin narkotikə uyması bir əsgərin itirilməsi, yaxud bir qızın “boş” qalması deməkdir. Əgər o ailəlidirsə, onda o ailənin başı üzərində Damokl qılıncı asılmış kimidir: boşanma təhlükəsi anbaan artar. Orasını da deyim ki, ölkəmizdə ailəli narko¬manlardan törəyən, müxtəlif fiziki və psixi qüsurlu uşaqların prob¬lemləri də əmələ gəlib. O uşaqlar böyüdükcə problemlər də artacaq, böyüyəcək...

Azərbaycanda 30.000 (2019) qeydiyyatda olan psixoaktiv maddə qəbuledicisi - xəstə var. Əhali arasında belə xəstələrin ümumi sayını tapmaq üçün bütün dünyada həmin rəqəmə bir sıfır əlavə etmək qəbul olunub. Demək, Azərbaycanda 300.000 belə xəstə yaşayır - onlar asılı şəxslər adlanır. Həmin xəstələrlə bir yerdə yaşamaq məcburiyyətində qalan, hər gün əsəbiləşən, yuxusu pozu¬lan, zillət çəkən ailə üzvlərinə isə müştərək asılı şəxslər deyilir. Əgər asılı + müştərək asılı şəxsləri toplasaq, onda çox böyük bir rəqəm alınar. Müştərək asılılar asılı şəxslərin yaratdığı problemlərin içərisində çapalayır, əziyyət çəkir, xəstələnirlər: çünki “xəstə xəstə olmaz, xəstə becərən xəstə olar”, - deyiblər. Narkomaniya və alko¬qolizmə qarşı mübarizə aparmaq həm də həmin şəxslərin səhhəti, bəlkə də, həyatı uğrunda mübarizə aparmaq deməkdir.

Azərbaycanın qarşısında iki böyük problem durur: Qarabağ müharibəsi, bir də tabakomaniya, alkoqolizm və narkomaniyanın gətirdiyi problemlər... Bu problemləri necə həll etməli?

1996-cı ildə ölkə başçısı narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə aparmaq üçün fərman və sərəncam imza-layıb. O sərəncama görə, Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi kompleks maarifləndirici və profilaktik tədbirlər görməlidirlər.

Təhsil Nazirliyi orta məktəblərin ədəbiyyat üzrə tədris proq-ramına tabakomaniya, alkoqolizm və narkomaniyadan bəhs edən əsərlər salmalı, onları tədris etməlidir. Mən, müəllifi olduğum “Zəhrimar” və digər hekayələri aşağı siniflərdə, “Bəla” pyesini isə yuxarı siniflərdə tədris etməyi təklif edirəm. Bu əsərlərin mövzu-suna uyğun inşalar yazılmalı, bu problemlər hər sinifdə müzakirə predmetinə çevrilməlidir. “Tütünçəkmə barədə hər şey”, “Alkoqol - sağlamlığın və sağlam həyat tərzinini düşməni” və “Narkotik maddə - ailəvi qırğın “silahı” adlı kitablar isə sinifdənxaric oxu kimi təlim materialına daxil edilməlidir. Əgər belə olarsa, onda siqaretə, alko¬qola və narkotik maddələrə qarşı böyük bir maarifləndirici iş aparıl¬mış olar.

Mədəniyyət Nazirliyi isə “Bəla”, “Zəhrimar” adlı pyeslərlə ya-naşı, digər müəlliflərin əsərlərini də Azərbaycan və rus dillərində ta¬maşaya qoymalı, filmlər çəkməli, kitablar çap etməlidir. Çalışmaq la¬zımdır ki, orta məktəb şagirdləri ədəbiyyatdan bir dərsi teatrda keç¬sinlər, bu mümkün deyilsə, onda həmin dərsin sinifdə film-tamaşası təşkil olunmalıdır. Belə çox maraqlı və əyani olar, yadda qalardı. Yaxşı olardı ki, bütün orta məktəblərdə iki mövzuda filmlərin göstərilməsi vacib sayılaydı:

1) Qarabağ, soyqırım, 20 Yanvar mövzusunda olan filmlər.

2) Tabakomaniya, alkoqolizm və narkomaniya barəsində çəkil¬miş filmlər.

Bütün bunlar nə çox xərc, nə də vaxt aparmayan, gənc nəslin tərbiyəsində mühüm rol oynaya biləcək çox effektli və faydalı işlər olmuş olardı.

Məndən söyləməkdir, sizdən...


"Bir müsəlman qardaşı düz yola hidayət etmək savabdır”

Qurani-Kərim

Asif Kəngərli
Asif Kəngərli
Psixiatr-narkoloq, yazıçı