AzerbaijaniEnglishGermanRussianTurkish
AzerbaijaniEnglishRussianItalianFrenchArabic
Azerbaijani English Russian
parallax background

Tütünçəkmə barədə hər şey

Alkoqol – sağlamlığın və sağlam həyat tərzinin düşməni
01/12/2018

Giriş


A zərbaycanın və bəşəriyyətin qarşısında ən böyük problemlər durur: tütünçəkmə, alkoqolizm və narkomaniya problemləri...

İndi tütünçəkmə Azərbaycanda - 2 mil-yon, dünyada - 2 milyard insanın bəlasına çevrilib, fəsadları isə saysız-hesabsızdır...

Asif Kəngərli

Ön söz


 
“Bəla” nə qədər maraqlı, nə qədər ibrətamiz kitab olsa da o, bədii əsərdir, təbliğat üçün deyil, ona görə də “Tütünçəkmə barədə hər şey”, “Alkoqol - sağlamlığın və sağlam həyat tərzinin düşməni”, “Nar¬kotik maddə - ailəvi qırğın “silahı” adlı kitabları yaz¬maq zərurəti yarandı. Üç il əlləşib-vuruşub bu savab işin yiyəsi oldum. Çox çalışdım ki, hər kitab konkret mövzunu dolğun əhatə eləsin: oxucunu həqiqətən sil¬kələyib ayıltsın, onu düşündürsün, bir çox suallarına cavab verə bilsin - bir sözlə, oxunsun, fayda versin, amma makulaturaya çevrilməsin. Hələ, bəlkə, kiminsə həyatını dəyişdirsin; çünki siqaret çəkən, spirtli içki içən, narkotik maddə qəbul eləyən - bir cür adamdır, onu eləməyən - tamamilə başqa adam... İstəyirdim ki, kitablar məzmunca - lakonik, ölçücə - kiçik olub çan¬taya, cibə yerləşsin, özü də şəkilli olsun, çünki söz ki¬mi şəkil də informasiya daşıyıcısıdır.

Əminəm ki, asılılıq verən maddələr barədəki bu seriya kitablar hər qəlbdə, hər kitabxanada öz layiqli yerini tutacaqdır. Onlar bilik və məlumat mənbəyi kimi maariflənmə işində yardımçınız olacaq, zövqünüzü ox-şayacaq, sizi Xeyirin Şərə qalib gəlməsi üçün səslə-yəcəkdir...

Çox vacib saydığım bu missiyanı yerinə yetirə bildiyimə görə rahat və xoşbəxtəm - bunun üçün Alla¬hın mənə verdiyi möhlətə, ailəmə, bir də dostlarıma minnətdaram.

Asif Kəngərli


Dilindən, dinindən, işindən, peşəsindən, yaşın-dan asılı olmayaraq hamıya lazım olan, səni doğru yola yönəldən kitabın.

Siqaret çəkməyə aludə olmaq zərərli vərdiş yox, xəstəlikdir; tibbdə ona tabakomaniya, yəni tü- tünçəkmə xəstəliyi, yaxud “kiçik” narkomaniya de-yilir.

Siqaret çəkdin: ya azardı, ya da məzar!

Asif Kəngərli
Asif Kəngərli
Psixiatr-narkoloq, yazıçı