AzerbaijaniEnglishGermanRussianTurkish
AzerbaijaniEnglishRussianItalianFrenchArabic
Azerbaijani English Russian
parallax background

Narkotik maddə – ailəvi qırğın “silahı”

Alkoqol – sağlamlığın və sağlam həyat tərzinin düşməni
01/12/2018
Tezdən Oyan (09.10.2020)
09/10/2020

Giriş


N arkotik maddə qəbul edən hər bir şəxs üç yo-lun ayrıcına gəlib çıxır: birinci yol - qəbrə, ikincisi - “Sibirə”*, üçüncü yol isə - sağlam həyat tərzi keçirən insanlara doğru gedir...

Narkotik maddə qəbul edə-edə uzun ömür sür-mək mümkün deyil: onlar qocala bilmir, orta hesabla 6 il yaşayırlar - əgər ona yaşamaq demək olarsa...

Tarixən dünyanın bir çox millətləri digərləri-nin soyqırımına məruz qalıblar... İndi hansısa bir millətin yox, bütün bəşəriyyətin soyqırımı başlayıb: narkomafiya dilindən, dinindən, irqindən, cinsindən, yaşayış yerindən asılı olmayaraq dünyanın yeniyet-mələrlə gənclərini hədəf seçərək onları öz qurbanına çevirir, məhv eləyir. Bəşəriyyət total terror, total soyqırımın əlində aciz qalıb: sağlamlığımız, əsrlərlə formalaşan genofondumuz, mənəvi-əxlaqi dəyərlər, mədəniyyət, milli mentalitet, ailə institutu, elm, din, maddi resurslar ... Damokl qılıncı altında böyük bir təhlükədədir, insanlar!

Asif Kəngərli

Ön söz


 
“Bəla” nə qədər maraqlı, nə qədər ibrətamiz kitab olsa da o, bədii əsərdir, təbliğat üçün deyil, ona görə də “Tütünçəkmə barədə hər şey”, “Alkoqol - sağlamlığın və sağlam həyat tərzinin düşməni”, “Nar¬kotik maddə - ailəvi qırğın “silahı” adlı kitabları yaz¬maq zərurəti yarandı. Üç il əlləşib-vuruşub bu savab işin yiyəsi oldum. Çox çalışdım ki, hər kitab konkret mövzunu dolğun əhatə eləsin: oxucunu həqiqətən sil¬kələyib ayıltsın, onu düşündürsün, bir çox suallarına cavab verə bilsin - bir sözlə, oxunsun, fayda versin, amma makulaturaya çevrilməsin. Hələ, bəlkə, kiminsə həyatını dəyişdirsin; çünki siqaret çəkən, spirtli içki içən, narkotik maddə qəbul eləyən - bir cür adamdır, onu eləməyən - tamamilə başqa adam... İstəyirdim ki, kitablar məzmunca - lakonik, ölçücə - kiçik olub çan¬taya, cibə yerləşsin, özü də şəkilli olsun, çünki söz ki¬mi şəkil də informasiya daşıyıcısıdır.

Əminəm ki, asılılıq verən maddələr barədəki bu seriya kitablar hər qəlbdə, hər kitabxanada öz layiqli yerini tutacaqdır. Onlar bilik və məlumat mənbəyi kimi maariflənmə işində yardımçınız olacaq, zövqünüzü ox-şayacaq, sizi Xeyirin Şərə qalib gəlməsi üçün səslə-yəcəkdir...

Çox vacib saydığım bu missiyanı yerinə yetirə bildiyimə görə rahat və xoşbəxtəm - bunun üçün Alla¬hın mənə verdiyi möhlətə, ailəmə, bir də dostlarıma minnətdaram.

Asif Kəngərli


Siqaretlə Alkoqol çoxdan evimizə girib ke-çib yuxarı başda oturublar, biz onları evdən eşi-yə ata bilmirik.
Narkotik isə qapını aralayaraq zorla içəri təpilmək istəyir; indi həm ölkəmizdə, həm də dünyanın hər yerində elə bu mübarizə gedir: kim kimi...

Asif Kəngərli
Asif Kəngərli
Psixiatr-narkoloq, yazıçı