AzerbaijaniEnglishGermanRussianTurkish
AzerbaijaniEnglishRussianItalianFrenchArabic
Azerbaijani English Russian
parallax background

Alkoqol – sağlamlığın və sağlam həyat tərzinin düşməni

Tütünçəkmə barədə hər şey
01/12/2017
Narkotik maddə – ailəvi qırğın “silahı”
01/12/2019

Giriş


D ünyanın ağıllı adamları sərxoşluqla al-koqolizmin çox yayılmasını "milli faciə ” ad-landırmış, onu “millətin özünə ölüm hökmü” bilmiş, bu yolu “insanlıq üçün fəlakət yolu ” hesab etmişlər.

Həkim-narkoloq işlədiyim 20 il ərzində al- koqoliklərin, onların ailələrinin dərdini də, problemlərini də mən çox görmüşəm...

Bu kitab üzərində işləyərkən bir daha, özü də daha dərindən, əhatəli şəkildə həmin bəla-ları təzədən duydum, yaşadım...

Bir də ... Məhəmməd peyğəmbərin (S.) bü-tün müsəlmanlara spirtli içkiləri haram bu-yurmaqla necə fövqəladə bir iş gördüyünün əzəməti qarşısında ehtiramla baş əyməkdən özümü saxlaya bilmirəm...

Asif Kəngərli

Ön söz


 
“Bəla” nə qədər maraqlı, nə qədər ibrətamiz kitab olsa da o, bədii əsərdir, təbliğat üçün deyil, ona görə də “Tütünçəkmə barədə hər şey”, “Alkoqol - sağlamlığın və sağlam həyat tərzinin düşməni”, “Nar¬kotik maddə - ailəvi qırğın “silahı” adlı kitabları yaz¬maq zərurəti yarandı. Üç il əlləşib-vuruşub bu savab işin yiyəsi oldum. Çox çalışdım ki, hər kitab konkret mövzunu dolğun əhatə eləsin: oxucunu həqiqətən sil¬kələyib ayıltsın, onu düşündürsün, bir çox suallarına cavab verə bilsin - bir sözlə, oxunsun, fayda versin, amma makulaturaya çevrilməsin. Hələ, bəlkə, kiminsə həyatını dəyişdirsin; çünki siqaret çəkən, spirtli içki içən, narkotik maddə qəbul eləyən - bir cür adamdır, onu eləməyən - tamamilə başqa adam... İstəyirdim ki, kitablar məzmunca - lakonik, ölçücə - kiçik olub çan¬taya, cibə yerləşsin, özü də şəkilli olsun, çünki söz ki¬mi şəkil də informasiya daşıyıcısıdır.

Əminəm ki, asılılıq verən maddələr barədəki bu seriya kitablar hər qəlbdə, hər kitabxanada öz layiqli yerini tutacaqdır. Onlar bilik və məlumat mənbəyi kimi maariflənmə işində yardımçınız olacaq, zövqünüzü ox-şayacaq, sizi Xeyirin Şərə qalib gəlməsi üçün səslə-yəcəkdir...

Çox vacib saydığım bu missiyanı yerinə yetirə bildiyimə görə rahat və xoşbəxtəm - bunun üçün Alla¬hın mənə verdiyi möhlətə, ailəmə, bir də dostlarıma minnətdaram.

Asif Kəngərli


Sən kimin tərəfindəsən - Allahın, yoxsa Şeytanın? Siqaret çəkmək, içki içmək, narkotik qəbul eləmək Allahın yolundan çıxmaq deyil, bəs nədir?
Sən həyatını necə yaşamaq istə¬yirsən: sağlam və azad bir insan kimi, yoxsa... xəstə və kölə kimi? Dünyanın ən böyük neməti - sağlamlıqla azadlıqdır!

Asif Kəngərli
Asif Kəngərli
Psixiatr-narkoloq, yazıçı