AzerbaijaniEnglishGermanRussianTurkish
AzerbaijaniEnglishRussianItalianFrenchArabic
Azerbaijani English Russian

Sual-cavab

Sizi maraqlandıraq suallarla və cavabları ilə tanış ola bilərsiniz. Əlavə suallarla Asif Kəngərli ilə əlaqə saxlamaqla cavab tapa bilərsiniz.

1 Narkotik maddə qəbulunun doğurduğu tibbi problemlər nədir?

Narkotik maddələr ürəyin yığılma qabiliyyəti olan liflərini məhv edir, damarları daraldır, qanı laxtalandırır. Axırda qanın hərəkəti ləngiyir, toxumalarda oksidləşmə-bərpa prosesi pozulur;

– qaraciyərdə narkotikin zərərli təsiri nəticəsində əvvəlcə hepatit, sonra isə sirroz inkişaf edir.

Qeyd etmək lazımdır ki, narkomanlar arasında qaraciyərin C virus hepatiti geniş yayılıb ki, bu xəstəlik də müalicəyə çox çətin tabe olur;

– böyrəklərin fəaliyyəti qənaətbəxş olmur.

Cinsi sfera elə zədələnir ki, narkomanlar arasında impotensiya bir problem kimi durur;

– narkotikin zərərli təsirindən immun sistemi zəifləyir, nəticədə, infeksion xəstəliklərə tutulma asanlaşır və ağciyərlərdə vərəm baş qaldırır;

– həzm və endokrin sistemin işi pozulur. Bu pozğunluqlar öz növbəsində digər sistemlərə də mənfi təsir edir;

– qəbul edilən hər bir porsiya narkotik, ya alkoqol azı 1000-2000 beyin hüceyrəsini məhv edir. Narkotik maddələr beyni “qurutduğu” üçün kəskin nevrasteniya və psixi xəstəliklərə çox rast gəlinir;

– narkomanlar arasında QİÇS (SPİD) və zöhrəvi xəstəliklər geniş yayılıb ki, onlardan birincisi sağalmaz, ikincisi isə ağır xəstəlik sayılır.

Bir sözlə, sanki narkomanların boynundan xəstəliklərdən “hörülmüş” qorxunc bir “çələng” asılmış olur.

2Bəs sosial problemlər?

Narkotik maddələr təkcə insan orqanizmində patologiyalar əmələ gətirmir, o, sosial həyatda da pozğunluqlar törədir. Harada narkotik varsa, orada müflisləşmə, müxtəlif cinayətlər, boşanma, pozğun həyat, yol-qəza və bədbəxt hadisələr, yanğın, ağır xəstəliklər, cavan yaşda ölüm, qüsurlu doğulmuş uşaq ... var.

Onlar işləmir, avara gəzir, tüfeyli həyat sürürlər.

Onu da qeyd etmək lazımdır ki, narkomanın acı taleyi və dözülməz əməllərinə biganə qala bilməyən yaxınları ya ağır xəstəliklərə (iflic, infarkt, xərçəng, diabet ...) tutulur, ölür, bəzən də özlərini öldürürlər. Heroin – ailəvi qırğın silahına çevrilir.

Hərtərəfli maddi, mənəvi düşkünlük (depressiya) vəziyyətində olan, acınacaqlı həyatından bezən bədbəxt narkoman isə çox vaxt “peredoza” * yolu ilə intihara üstünlük verir.

Narkotik maddə qəbulu çoxlu pul tələb edir. Daim artan bu tələbatı ödəmək üçün narkoman pula çevrilə bilən nə varsa (ev, maşın, dükan, daş-qaş ...), hamısını, hamısını satır, həmin pulu isə narkotik maddəyə sərf edir. Nəticədə, narkotik maddə qəbulundan əvvəl zəngin olan bir adam sonda var-yoxdan çıxır, müflisləşir, borca düşür.

3Narkomaniya kriminal aləmə necə təsir edir?

Narkomanın beynində daim bu fikirlər dominantlıq edir: “Pul tapım, “mal” tapım, “mal” bişirim, “mal” vurum”. Onun qəlbi, canı və cibi bu fikirlərə tabe olub, onların diqtəsi ilə hərəkət edir. Belə adamlar cinayət etməyə çox meyilli olurlar. Ona görə də ölkədə törədilən cinayətlərin (oğurluq, xuliqanlıq, dələduzluq, qətl, yol-qəza hadisələri) xeyli hissəsi narkotik qəbulu zəminində baş verir. Özü də bu pay getdikcə artmaqdadır...

4Narkomanlarda şəxsiyyət və əxlaq necə dəyişir?

Narkotik maddə qəbulu onların əxlaqını pozur, şəxsiyyətlərini alçaldır; tədricən yaxşılıq pisliklə, xeyirxahlıq bədxahlıqla, sədaqət satqınlıqla, əməksevərlik avaraçılıqla, dürüstlük nadürüstlüklə, dostluq hissi xainliklə – bir sözlə, insana xas olan bütün əxlaqi gözəlliklər vəhşi bir çirkinliklə əvəz olunur. Belə adamlar ailədən, qohum-qardaş və dostlardan soyuyur, onlardan yan gəzir, əvəzində özləri kimi namussuz, şəxsiyyətsiz məxluqlarla yoldaşlıq edirlər.

Narkotik olan yerdə böyük-kiçik olmaz, xətirhörmət qalmaz.